Avropa Birliyi Rusiyanın 40 tankerini "qara siyahı"ya saldı
20:25 DünyaAvropa Birliyi Rusiya neftini daşıdığı iddia edilən 40 tankeri "qara siyahı"ya salıb.
Olaylar.az xəbər verir ki, bu barədə Aİ xarici işlər naziri Kaja Kallas mətbuat konfransında bildirib.
Kallas həmçinin bildirib ki, Aİ artıq böyük məhdudiyyət paketlərinin qəbul edilməsini gözləmədən tankerlərə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.
23 oktyabrda Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul edib. Bura Rusiyanın qaz sektoru və rus diplomatları daxil edilib. Avropa şirkətlərinə Rusiyaya turlar təşkil etmək, ruslara kriptovalyuta əməliyyatları aparmaq qadağan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31