Silivridə qalmaqal - Aysever İmamoğlunun əlini sıxmayıb

Türkiyənin Silivri həbsxanasında jurnalist Enver Ayseverlə İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri, korrupsiya ittihamı ilə həbsdə olan Ekrem İmamoğlu arasında qalmaqallı insident yaşanıb.

Olaylar.az xəbər verir ki, bu barədə "Sabah" qəzetinin köşə yazarı Mahmut Övür məlumat yayıb.

Onun yazdığına görə, hadisə Enver Ayseverin Silivri həbsxanasına gətirildiyi gün baş verib. Ayseverlə görüşənlər arasında CHP-nin sabiq deputatı Aykut Erdoğdu və Beyoğlu bələdiyyə sədri İnan Güney də olub. Məhz bu zaman Ekrem İmamoğlu söhbətə qoşularaq Ayseverə əl uzadıb.

Lakin Aysever İmamoğlunun əlini sıxmaqdan imtina edərək sərt reaksiya verib:

"Çək kirli əlini, mən oğruların əlini sıxmıram".

Mahmut Övür yazır ki, bu cavab həbsxana əməkdaşları da daxil olmaqla ətrafdakılarda şok effekti yaradıb. İddialara görə, tərəflər arasında sözlü mübahisə davam edib və gərginlik daha da artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31