Umerov: ABŞ-Ukrayna danışıqlarında "əsl irəliləyiş" əldə edilib - ÖZƏL

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Berlində keçirilən ABŞ-Ukrayna danışıqları zamanı "əsl irəliləyiş" əldə edildiyini bildirib.

Olaylar xəbər verir ki, Umerov sosial media səhifəsində yazıb: "Son iki gün ərzində Ukrayna-Amerika danışıqları konstruktiv və məhsuldar keçib və real irəliləyiş əldə edilib".

Umerov həmçinin ümid etdiyini bildirib ki, günün sonuna qədər "bizi sülhə yaxınlaşdıracaq" bir razılaşma əldə etmək mümkün olacaq.

Daha əvvəl "Axios" qəzetinin jurnalisti Barak Ravid mənbəyə istinadən ABŞ prezidentinin elçisi Stiv Vitkovla ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və Vladimir Zelenski arasında 15 dekabrda Berlində keçirilən görüşün məhsuldar olduğunu bildirmişdi.

Bu arada, "The Wall Street Journal" qəzeti ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların çətin keçdiyini yazıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31