Lavrov: Avropa ABŞ-ın işinə mane olur - ÖZƏL
19:53 DünyaAvropa siyasətçiləri Ukraynadakı münaqişədən istifadə edərək ABŞ-ın və sülhün bərpasını istəyən tərəflərin işinə mane olmağa çalışırlar.
Olaylar xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov "Rossiya 24" telekanalına açıqlamasında bildirib.
"Avropada Ukrayna böhranından özünü təsdiqləmək və ABŞ-ın, həmçinin ədalətli həllə can atanların işinə əngəl olmaq üçün istifadə edirlər", - deyə Lavrov vurğulayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın Berlində Ukrayna ilə danışıqlar zamanı Donbasdan Ukrayna Silahlı Qüvvələrinin tam çıxarılmasını tələb etdiyi barədə məlumat yayılmışdı.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31