KTMT-yə sədrlik Rusiyaya keçir: Kreml hədəfini elan etdi
15:45 DünyaRusiya gələn il KTMT-yə sədrlik edəcəyi müddətdə bu təşkilatın beynəlxalq arenadakı potensialının və mövqeyinin gücləndirilməsinə töhfə verəcək.
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında hökumət saatı zamanı deyib.
"Gələn il Rusiya KTMT-yə sədrlik edəcək. Regional sabitliyin qorunması üçün etibarlı bir mexanizm kimi bu təşkilatın potensialını və beynəlxalq mövqeyini gücləndirmək məqsədilə müttəfiqlərimizlə sıx əməkdaşlıq etməyi hədəfləyirik", - o bildirib. (Axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31