Aİ Şurası Lvovda Ukraynanın üzvlük perspektivlərini müzakirə edəcək- ÖZƏL

Avropa İttifaqı Şurası dekabrın 11-də Ukraynanın Aİ-yə üzvlük danışıqlarına başlama perspektivlərini müzakirə etmək üçün Lvovda qeyri-rəsmi nazirlər toplantısı keçirəcək. Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Aİ Şurasına hazırda sədrlik edən Danimarka açıqlayıb.
Bildirilib ki, Avropa işləri üzrə nazirlər dekabrın 10-11-də keçiriləcək görüşdə Ukraynanın Avropa perspektivi və üzvlük danışıqlarının başlanması məsələlərini müzakirə edəcəklər. Brüsselin məlumatına görə, toplantı saat 10:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq və genişlənmə üzrə Avropa komissarı Marta Kos da iclasda iştirak edəcək. Aİ, Ukraynanın üzvlük danışıqlarına başlama prosesinə 2024-cü ildən bəri başlaya bilmədiyi üçün mövzu yenidən gündəmə gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31