Latviya 2026-cı ildə müdafiə xərclərini rekord həddə qaldırır- ÖZƏL

Latviya 2026-cı ildə müdafiə xərclərinə ilk dəfə olaraq 2 milyard avrodan çox vəsait ayıracaq. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Andris Spruds məlumat verib. Onun sözlərinə görə, ayrılan məbləğ ölkə ÜDM-nin 4,91%-nə bərabərdir və Latviyanın tarixində ən yüksək göstəricidir.
Nazirin açıqlamasına əsasən, ayrılan büdcənin təxminən 53%-i ordunun imkanlarının inkişafına yönəldiləcək. Qalan hissə isə silahlı qüvvələrin saxlanmasına və hərbi infrastrukturun gücləndirilməsinə sərf olunacaq. Latviyanın müdafiə xərclərini bu dərəcədə artırması regionda təhlükəsizlik məsələlərinin aktuallığını bir daha gündəmə gətirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31