Türkiyədə böyük yanğın başlayıb

Türkiyənin Kırıkkale şəhərində yerləşən bir kimya istehsalat zavodunda böyük yanğın baş verib.

Olaylar.az TRT Haber kanalına istinadən xəbər verir ki,  hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları göndərilib və vəziyyətin nəzarət altına alınması üçün genişmiqyaslı əməliyyat başladılıb.

Yanğının səbəbləri hələlik açıqlanmasa da, hadisə nəticəsində istehsalatın dayandığı və yaxın ərazilərə təhlükə yaranma ehtimalının olduğu bildirilir. Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib və ərazi mühafizə altına alınıb.

Yanğının söndürülməsi və baş vermiş zərərin qiymətləndirilməsi üçün araşdırmalar davam edir. (Musavat.com)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31