Ermənistan “3+3” formatında iştirak arzusundadır- Simonyandan açıqlama
14:17 DünyaErmənistan Milli Məclisinin spikeri Alen Simonyan, Ermənistanın Bakıda keçiriləcək "3+3" formatlı görüşlərdə iştirak etməsi ehtimalını istisna etməyib.
Olaylar.az-ın məlumatına görə Simonyan bildirib ki, hər hansı bir regional formatdan kənara çıxmağın düzgün olacağına inanmır, amma Bakıdakı tədbirlərdə Ermənistanın iştirak etməsi mümkündür.
Spiker əgər müzakirə ediləcək məsələlər olarsa, Ermənistanın öz mövqeyini ortaya qoyacağına işarə edib. O həmçinin qeyd edib ki, Ermənistanın belə görüşlərdə iştirak etməməsi qəbuledilməzdir, çünki regionda baş verənləri müzakirə etməmək, hər hansı bir formatda iştirak etməmək Ermənistan üçün uyğun olmazdı.
Simonyan, həmçinin qeyd edib ki, "3+3" formatında Ermənistanın maraqları qorunacaqsa və tərəflər arasında dialoq təşviq edilərsə, ölkəsi bu prosesdə yer alacaq. (Musavat.com)