Peskov: “Rusiya atəşkəs deyil, uzunmüddətli sülhün əldə olunmasını prioritet sayır”- ÖZƏL
14:13 DünyaRusiya Ukraynada müvəqqəti atəşkəsdən daha çox, təminatlı və davamlı uzunmüddətli sülhün yaradılmasını prioritet hesab edir. Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Volodimir Zelenskinin "enerji atəşkəsi" ilə bağlı bəyanatını şərh edərkən deyib. Peskovun sözlərinə görə, Moskvanın əsas məqsədi məhz sülhün təsbit olunmasıdır:
"Biz ilk növbədə sülh üzərində işləyirik, atəşkəs üzərində yox. Müvafiq sənədlərin imzalanması ilə əldə olunan uzunmüddətli, davamlı və təminatlı sülh bizim üçün mütləq prioritetdir."
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Kiyevin Rusiya ilə "enerji atəşkəsi" təşəbbüsü üzərində işlədiyini bildirmiş və bunun mexanizminə görə məsuliyyəti Moskvanın üzərinə qoymuşdu.
Peskov əlavə edib ki, Kiyev Rusiyanın enerji infrastrukturlarına zərbələrə dair yaz-yay aylarında birtərəfli qaydada tətbiq etdiyi moratoriumu xatırlamır. Həmin dövrdə Rusiya enerji və yanacaq təminatı ilə bağlı obyektlərə zərbələri dayandırsa da, Ukrayna Silahlı Qüvvələri Rusiyanın azı 15 regionundakı infrastruktura hücumlar həyata keçirməyə davam edib.