Kilikiya katolikosu Aram I: "Kilsənin işinə qarışmayın" – ÖZƏL
12:34 DünyaOlaylar.az xəbər verir ki, Böyük Kilikiya Evinin Katolikosu Aram I, Ermənistan hakimiyyətini Kilsənin daxili işlərinə qarışmamağa və təfriqə toxumları səpməkdən çəkinməyə çağırıb.
Ruhani liderin bəyanatında Erməni Apostol Kilsəsinin (EAK) daxili və xarici təhdidlərdən qorunmasının ümummilli prioritet olduğu vurğulanır.
Aram I, Ermənistan rəhbərliyini Kilsənin, millətin və vətənin dağılmasına səbəb ola biləcək anti-konstitusiya addımlarından imtina etməyə çağırıb.
O, Ümumermənilərin Katolikosu II Qareginin ətrafında birləşməyə və Kilsənin prinsiplərinə sadiq qalmağa səsləyib. Aram I, son aylarda Qriqor Lusavoriçin Taxt-tacının (Eçmiədzin) ətrafındakı narahatedici prosesləri yaxından izlədiyini bildirib.
Kilikiya katolikosu Aram I: "Kilsənin işinə qarışmayın" - ÖZƏL
Olaylar.az xəbər verir ki, Böyük Kilikiya Evinin Katolikosu Aram I, Ermənistan hakimiyyətini Kilsənin daxili işlərinə qarışmamağa və təfriqə toxumları səpməkdən çəkinməyə çağırıb.