Türkiyə 100 minlik qoşunla təhdid edildi, ordu hərəkətə keçdi – Nələr baş verir?
11:04 DünyaTürk ordusunun gecə saatlarında Suriyaya üç istiqamətdən daxil olması geniş müzakirələrə səbəb olub.
Olaylar.az xəbər verir ki, Türkiyə KİV qüvvələrin Suriya hökumətinə dəstək məqsədilə göndərildiyini, lakin həm də Suriya Demokratik Qüvvələrinə (SDK) gözdağı olduğunu yazır.
Məlumata görə, SDK-nin baş komandanı Mazlum Abdi bir müddətdə əvvəl, "100 min nəfərlik ordumuz var, Türkiyəni Vyetnama çevirərik", - deyə təhdidlər səsləndirib. Hakim Ədalət və İnkişaf Partiyasının üzvlərindən Şamil Təyyar isə Türk ordusunun Suriyaya göndərilməsinin təşkilata və Abdinin sözlərinə açıq cavab olduğunu bildirib.
Təyyar təşkilatın liderinə müraciət edərək, "10 mart razılaşmasına əməl etməyəcəkləri təqdirdə, haranın Vyetnama çevriləcəyini görəcəklər. 100 minlik orduları yoxdur, sadəcə 20 minə yaxın adamları var. Muzdluları çıxsaq, cəmi 7 minlik qüvvələri qalır", - deyib.
KİV yazır ki, SDK Suriya hökumətində təmsil olunmaq istəsə də, nə Ankara, nə də Dəməşq bunu qəbul edir. Hazırda təşkilatın özünü ləğv etməsi gözlənilir. Bu addım atılmasa, Suriya və Türkiyə birlikdə SDK-ya qarşı əməliyyat keçirəcəklər. Mövcud vəziyyətdə bu istiqamətdə hazırlıqlar görülür. (Globalinfo)