6 bal gücündə ZƏLZƏLƏ OLDU - Dağıntılar...

Rusiyanın Kamçatka yarımadası yaxınlığında güclü yeraltı təkanlar qeydə alınıb. 

Olaylar.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin açıqlamasına əsasən, zəlzələnin maqnitudası 6 bal təşkil edib.

Məlumatda bildirilir ki, təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən təxminən 211 kilometr uzaqlıqda yerləşib. Yeraltı ocağın 15,4 kilometr dərinlikdə olduğu qeyd edilir.

Hazırda hadisə nəticəsində dağıntı və ya xəsarət barədə heç bir məlumat daxil olmayıb. Mütəxəssislər bölgə üçün sunami təhlükəsinin də yaranmadığını bildiriblər. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31