Trampın Zelenskiyə İttihamı: “ABŞ-ın sülh planı ilə hələ tanış olmayıb”

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskiyə qarşı açıq narazılığını ifadə edib. O bildirib ki, Vaşinqtonun təqdim etdiyi sülh planı ilə Zelenski hələ də tanış olmayıb və bu, Trampda "azacıq məyusluq" yaradıb.

Tramp jurnalistlərlə söhbətində deyib:

"Biz prezident Putinlə danışdıq, Ukrayna liderləri ilə də, o cümlədən prezident Zelenski ilə. Və deməliyəm ki, bir qədər məyus olmuşam - çünki prezident Zelenski hələ də təqdim etdiyimiz təklifi nəzərdən keçirməyib."

Sözləri ABŞ-ın paytaxtında yerləşən Kennedi Mərkəzində səsləndirilib.

Bu açıqlama Vaşinqtonun hazırladığı və Ukrayna-Rusiya müharibəsinin dayandırılmasını nəzərdə tutan planın detallarının yaxın günlərdə daha çox gündəmə gətiriləcəyinə işarə kimi qiymətləndirilir.

(Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31