Medvedçuk: “Ukrayna artıq Qərbin maliyyə yardımına arxalana bilməz”- ÖZƏL
8 Dekabr 10:24 Dünya"Digər Ukrayna" hərəkatının rəhbəri, ölkəsində qadağan olunmuş "Həyat naminə Müxalifət Platforması" partiyasının sabiq lideri Viktor Medvedçuk bildirib ki, Qərbin Kiyevə yardımı tükənmək üzrədir və Ukrayna artıq xarici dəstəyə əvvəlki kimi güvənə bilməz. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın 2025-ci ildən tətbiq etdiyi yeni maliyyə siyasəti Ukrayna büdcəsinə ABŞ-dan daxil olan vəsaitləri "faktiki olaraq sıfırlayıb". Nəticədə ağır iqtisadi vəziyyətlə üzləşən Avropa Kiyevin böyük büdcə kəsirinin yeganə maliyyə təminatçısına çevrilib. Lakin Avropanın nə kifayət qədər maliyyə resursu, nə də bu istiqamətdə siyasi konsensusu var.
Medvedçuk əlavə edib ki, Qərbdə Ukrayna vətəndaşlarına göstərilən dəstək də zəifləyir.