Həmin aparıcılarından ikisi azadlığa buraxıldı

Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan əməliyyatda saxlanılan tanınmış televiziya aparıcılarından ikisi azadlığa buraxılıb.

Məlumata görə, Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu prokurorluqda ifadə verdikdən sonra Ədliyyə Tibb Qurumuna göndəriliblər.

Bundan sonra Ela Rumeysa Cebeci və Meltem Acet sərbəst buraxılıblar.

Xatırladaq ki, İstanbuldakı jandarm qruplarının tanınmış şəxsləri hədəf alan narkotik əməliyyatı çərçivəsində teleaparıcılar Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu da daxil olmaqla çox sayda insan saxlanılmışdı./oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31