Gürcüstanda azərbaycanlı deputatın direktor bibisi həbs olundu
15:02 DünyaGürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi bölgələrdə keçirdiyi əməliyyatlar çərçivəsində 5 vəzifəli şəxsi korrupsiya ittihamı ilə həbs edib.
Qafqazinfo xəbər verir ki, həbs edilənlər arasında Marneulidəki 4 saylı orta məktəbin direktoru Dilara Darğallı da var. Onun vətəndaşdan 300 dollar rüşvət tələb etdiyi iddia olunub.
Gürcüstan DTX-nin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze həbslərlə bağlı açıqlama verib. O, faktlarla bağlı Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə istintaq aparıldığını deyib.
Qeyd edək ki, Dilara Darğallı Gürcüstan parlamentinin azərbaycanlı deputatı Zaur Darğallının bibisidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31