Macarıstanın sabotajı – Avropa Ukraynanı maliyyələşdirməkdə çəyinlik çəkir
11:32 DünyaMacarıstan Ukraynanı dəstəkləmək üçün AB avrobondlarının buraxılışını bloklayıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri iki diplomata istinadla məlumat yayıb.
Nəşr qeyd edir ki, bu, Avropa İttifaqını Kiyevə 165 milyard avroluq krediti maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməyin yolunu tapa bilməsə, potensial "B planı"ından məhrum edir. Bu məbləğə blok üzrə özəl bank hesablarında dondurulmuş 25 milyard avroluq Rusiya aktivləri, eləcə də Belçikanın Euroclear depozitariyasından 140 milyard avro daxildir.
"Politico" mənbələrinin verdiyi məlumata görə, yeddi illik Aİ büdcəsi ilə təmin edilmiş avrobondların buraxılışı Ukrayna üçün alternativ maliyyələşdirmə variantı kimi nəzərdən keçirilsə də, Budapeşt bu ideyanı rədd edib.
Macarıstanın imtinası Almaniya kansleri Fridrix Merts və Rusiyanın dondurulmuş aktivləri hesabına Kiyevə kredit verilməsinə qarşı çıxan Belçika baş naziri Bart de Vever arasında Brüsseldə şam yeməyindən bir neçə saat əvvəl elan edilib. (Musavat.com)