Makqreqor: Razılıq olmazsa, Ukraynada hərbi çevriliş mümkündür - ÖZƏL
19:06 DünyaKeçmiş Pentaqon müşaviri Duglas Makqreqor hesab edir ki, Rusiya ilə razılığa gəlməsələr, Ukraynada hərbi çevriliş baş verə bilər.
Olaylar xəbər verir ki, X sosial şəbəkəsində yazılıb: "Əgər sürətlə sülh əldə olunmasa, biz hərbi çevrilişin şahidi ola bilərik".
Bundan əvvəl Makqreqor bildirmişdi ki, Ukrayna ərazilərin Rusiyaya verilməsi məsələsini boşuna müzakirə etmir.
"El País" qəzeti isə xəbər verib ki, Avropa artıq Kiyevin güzəştə getməli olduğunu qəbul etməyə başlayıb.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31