“Qazprom” Çinə qaz tədarükündə sutkalıq yeni rekordlar qırır - ÖZƏL

"Qazprom" artıq dörd gündür ki, "Sibir Gücü" magistral qaz kəməri vasitəsilə Çinə tədarük edilən qazın həcminə görə yeni sutkalıq rekordlar qırır.

Rusiya şirkətindən bildirilib ki, "Qazprom" "Sibir Gücü" qaz kəməri ilə Çinə sutkalıq qaz tədarükü üzrə tarixi rekordu davamlı şəkildə yeniləyir. Yeni rekord 4 dekabrda müəyyən edilib, əvvəlki rekordlar isə 1, 2 və 3 dekabr tarixlərinə təsadüf edib.

Qaz, Çin Milli Neft-Qaz Korporasiyası (CNPC) ilə bağlanmış uzunmüddətli müqavilə əsasında tədarük olunur.

Bundan əvvəl məlumat verilmişdi ki, Avropada təbii qazın birja qiymətləri aşağı düşməkdə davam edir. Qiymət 2024-cü ilin 14 mayından sonra ilk dəfə olaraq min kubmetr üçün 330 dollardan aşağı səviyyəyə enib ki, bu da son 18 ayın ən aşağı göstəricisidir.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31