Makron: Avropa Rusiyanı danışıqlara məcbur edə bilmir - ÖZƏL
18:49 DünyaAvropa Rusiyanı Ukrayna məsələsinə dair danışıqlar masasına oturmağa məcbur edə bilməz.
Olaylar xəbər verir ki, bu barədə Fransanın prezidenti Emmanuel Makron jurnalistlərə açıqlama verərkən bildirib. Hadisənin yayımını BFMTV aparıb.
Makron qeyd edib: "Sülh istəməyən yeganə tərəf Rusiyadır... Vəziyyəti realist qiymətləndirdikdə görürük ki, hazırda Rusiyanı danışıqlar masasına qaytara biləcək bir şərait yoxdur".
Fransa liderinin sözlərinə görə, Avropa İttifaqı Ukraynaya hərbi dəstəyi davam etdirməli və Rusiyaya iqtisadi təzyiqi artırmalıdır.
Daha əvvəl Makron Ukraynanın dəstəklənməsində Avropa İttifaqı və ABŞ-ın birliyinin həlledici əhəmiyyət daşıdığını vurğulamışdı.
Həmçinin bildirilmişdi ki, Fransa prezidenti və Almaniya kansleri Fridrix Mers Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı zamanı onu Vaşinqtonun mümkün xəyanəti riski barədə xəbərdar ediblər.
İbrahim Məmmədli