Bu ölkə Türkiyəyə qarşı SİLAHLANIR: İsraildən 650 milyonluq raket ALIR

Yunanıstan parlamenti İsrailin "Elbit Systems" şirkətindən yüz milyonlarla avro dəyərində raket sistemi almağa razılıq verib.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Nəşr yazır ki, parlament üzvləri qapalı iclasda təxminən 650 milyon avro dəyərində 36 ədəd PULS raket sistemi alınmasını təsdiqləyiblər.

Bu alış, Yunanıstan Silahlı Qüvvələrinin 2036-cı ilədək həyata keçirilməsi planlaşdırılan və ümumi dəyəri 28 milyard avro olan genişmiqyaslı modernləşdirmə proqramının tərkib hissəsidir. Modernləşdirmənin əsas məqsədinin ölkənin Türkiyə ilə hərbi balansı qoruması olduğu bildirilir.

İsrailin "Elbit" şirkətinin istehsal etdiyi PULS sistemləri 300 km-ə qədər məsafəni vurmaq imkanına malikdir. Rəsmilərin sözlərinə görə, bu raket sistemləri Yunanıstanın Türkiyə ilə şimal-şərq sərhədini və Egey dənizindəki adaları müdafiə etmək üçün nəzərdə tutulur. Məlumata görə, müqavilə çərçivəsində sistemin bəzi komponentləri Yunanıstanda istehsal ediləcək.

Bundan başqa, Yunanıstan və İsrail 3 milyard avro dəyərində birgə hava və raketdən müdafiə sistemi yaratmaq üçün danışıqları davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31