Türküstan vilayətində 2026-cı ildə düyü əkini 3,5 min hektara endiriləcək – ÖZƏL

Türküstan vilayəti 2026-cı ildə düyü əkini sahələrini 3,5 min hektara qədər azaldacaq. Buna səbəb transsərhəd sularda gözlənilən azalma və vegetasiya dövründə su qıtlığı riskinin artmasıdır.

Olaylar.az xəbər verir ki, Türküstanda Baş nazirin müavini Kanat Bozumbaevin sədrliyi ilə keçirilən iclasda yeni kənd təsərrüfatı mövsümünə hazırlıq və su resurslarının idarə edilməsi müzakirə olunub. Bozumbaev bildirib ki, Toxtoqol su anbarında suyun səviyyəsinin enməsi və ölkənin cənubunda yağıntının az olması aqrar sektor üçün ciddi təhlükə yaradır. Bu şəraitdə suya qənaət texnologiyalarının tətbiqi və su tələb edən bitkilərin əkini məhdudlaşdırılacaq.

2026-cı il mövsümü üçün gözlənilən su həcmi 10 milyard kubmetr olaraq dəyərləndirilir və yeni su limitləri bu rəqəmə əsasən müəyyən ediləcək. Fermerlərə quraqlığadavamlı bitkilərə keçmək və əkin sahələrini diversifikasiya etmək tövsiyə olunub.

Dövlət dəstəyi də genişləndirilib: quyuların qazılması, infrastrukturun qurulması və avadanlıq alınmasına çəkilən xərclərin 80%-i kompensasiya ediləcək. Suya qənaət edən texnologiyalardan istifadə edən fermerlər üçün suvarma xərclərinin 85%-dək hissəsi dövlət tərəfindən ödənəcək. 2026-2028-ci illərdə müasir suvarma sistemlərinə və suya qənaət tədbirlərinə ayrılan maliyyə əvvəlki üçillik dövrlə müqayisədə dörd dəfə artırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31