“72 saat içində on minlərlə ABŞ əsgəri öləcək” – Dünyanın gözlədiyi fəlakətlə bağlı xəbərdarlıq
14:46 DünyaDünyanın qlobal təhlükəsizlik və iqtisadi sistem baxımından Soyuq Müharibədən bəri ən kritik iki ilinə qədəm qoyduğu bildirilir.
Olaylar.az xəbər verir ki, Pentaqon və "RAND Corporation"un hesabatları, həmçinin Nostradamusun 400 illik kəhanətləri 2026-2027-ci illəri yalnız böyük bir müharibə üçün deyil, həm də qlobal sistemin ciddi çöküş riski üçün kritik dövr kimi göstərir.
Ekspertlər bildirirlər ki, nüvə silahının istifadə riski bu dövrdə 48%-ə yüksələ bilər.
Qlobal tədqiqatçılar tərəfindən hazırlanmış "Qiyamət Saatı" cədvəli isə 89 saniyədə donub. Bu da hərbi, maliyyə və tarixi fəlakətlərin eyni anda baş verməsi ehtimalını simvollaşdırır.
RAND və Pentaqonun 2025-ci ilin noyabr hesabatına görə, 2026-2027-ci illər Sakit Okeanda ABŞ-Çin gərginliyinin ən yüksək həddə çatacağı, Tayvana hücum riskini artıracağı və ilk 72 saat ərzində on minlərlə ABŞəsgərinin ölə biləcəyi dövr kimi qiymətləndirilir.
Çin isə süni intellektlə idarə olunan kiberhücumlar və Cənubi Çin dənizinin blokadası vasitəsilə "səssiz müharibə"ni alovlandırmaqla münaqişəyə hazırlaşır.
Nostradamusun kəhanətləri də Avropada gərginliyin artacağını göstərir. London, Cenevrə və Turin kimi şəhərlərdə qaçış çağırışları, Aralıq dənizində böyük donanma və Ukrayna müharibəsi ilə bağlı proqnozlar Rusiya-NATO qarşıdurmasının genişlənməsi ehtimalına işarə edir.
Ekspertlər bildirirlər ki, 2027-ci il yalnız hərbi sahədə deyil, həm də qlobal maliyyə və tarixi sistemin çöküşü baxımından kritik il olacaq. (Globalinfo)