Polşa Xarici İşlər Nazirliyi: Zelenski Polşa prezidentilə görüş tələb etməlidir- ÖZƏL

Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sıkorski bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşa Prezidenti Karol Navroçki ilə görüş tələb etməsi məqsədəuyğundur. Olaylar.az xəbər verir ki, Sıkorski bu fikri RMF24 radiosuna müsahibəsində səsləndirib.
"Zelenski Polşadan keçərkən prezident sarayına baş çəkməyi xahiş etsəydi, tacını itirməzdi", - deyə diplomat vurğulayıb. Eyni zamanda Sıkorski Navroçkini Ukraynadan göstərilən yardıma görə təşəkkür gözləməkdə israrçı olduğu üçün tənqid edib. Qeyd edək ki, Polşa Prezidenti Karol Navroçki 6 avqustda vəzifəyə başlayıb və hələlik Ukraynaya səfər etməyib, belə bir niyyəti də yoxdur. Lakin o, dəfələrlə Zelenskini Varşavaya dəvət edib və Ukrayna hökumətini Rusiya ilə münaqişədə göstərilən dəstəyə görə təşəkkür etməməkdə, həmçinin ümumi tarixi məsələləri, o cümlədən Volın qırğınının qurbanlarının yenidən dəfnini həll etməkdə tərəddüd göstərməkdə tənqid edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31