İtaliyada “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş tədbir keçiriləcək
13:12 DünyaMilli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və deputat Nurlan Həsənov dekabrın 8-də İtaliya Respublikasının Roma şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, millət vəkilləri səfər çərçivəsində İtaliya Deputatlar Palatasında Azərbaycanda elan edilmiş "Konstitusiya və Suverenlik ili" nə həsr olunmuş tədbirdə iştirak edəcəklər.
Səfər dekabrın 10-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31