“Qəbulolunmaz tələblər irəli sürürlər” – Uşakovdan SƏRT AÇIQLAMA
12:58 DünyaUkrayna məsələləri ilə bağlı Vaşinqton və Moskva arasında mümkün anlaşmaya aparan prosesə Avropa tərəfi mane olur.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, Qərb, xüsusilə də Avropa paytaxtları Moskvanın qəbul edə bilməyəcəyi tələblər irəli sürməklə vəziyyətin tənzimlənməsinə yardım etmir:
"Yumşaq desəm, avropalılar Vaşinqtonla Moskva arasında Ukrayna ilə bağlı hər hansı razılaşmanın əldə olunmasına kömək etmirlər. Əksinə, daim Rusiyanın qəbul etməyəcəyi şərtlər ortaya qoyurlar", - deyə Uşakov vurğulayıb.
Rusiya rəsmisinin sözlərinə görə, Moskva dialoqa açıq olduğunu bəyan etsə də, Avropanın sərt mövqeyi real irəliləyişə imkan vermir. (Musavat.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31