Merz Belçikanın Rusiya aktivləri ilə bağlı narahatlığını ciddi qəbul edir- ÖZƏL
12:42 DünyaAlmaniya kansleri Fridrix Merz Belçika Baş naziri Bart de Veverin Rusiya aktivlərinin dondurulması ilə bağlı narahatlığını ciddi qəbul etdiyini açıqlayıb. Merz bildirib ki, o, Belçika lideri ilə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yardım məqsədilə necə istifadə edilə biləcəyini müzakirə edəcək.
"Sabah Norveçə planlaşdırılan səfərimi təxirə saldım, çünki axşam saatlarında Belçika Baş naziri və Avropa Komissiyasının sədri ilə Avropa Şurasında təklifimə dair səs çoxluğunu təmin etməyin yollarını müzakirə etmək istəyirəm. Bu, xüsusilə Belçika hökuməti üçün vacibdir, çünki Rusiya aktivlərinin depozitariyası olan Euroclear Brüsseldə yerləşir", - deyə Merz 4 dekabrda Almaniya federal torpaqlarının baş nazirləri ilə məsləhətləşmələrdən sonra bildirib. Olaylar.az xəbər verir ki, Kansler həmçinin vurğulayıb ki, onun məqsədi yalnız Belçika hökumətini deyil, eyni zamanda Avropa Şurasını da razı salmaqdır. Hazırda müzakirələr iki səviyyədə aparılır: Avropa səviyyəsi və üzv dövlətlərin liderləri səviyyəsi.
Belçikaya nəzərdə tutulan işgüzar səfər zamanı Merz, Bart de Vever və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşərək Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya "reparasiya krediti" proqramı çərçivəsində istifadə olunması məsələsini müzakirə edəcək.