Rusiya ordusu bu şəhərin mərkəzinə daxil oldu
17:05 DünyaRusiya ordusu Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinin mərkəzinə girib.
Olaylar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "DeepState" monitorinq qrupu məlumat yayıb.
Mənbə şəhərin mərkəzində Rusiya hərbçilərinin sayının getdikcə artdığını bildirib.
"Təəssüf ki, şəhərin mərkəzi hissəsində işğalçıların görüntüləndiyi videoların sayı artır. Bu dəfə onların qrupu şəhərin şimalından cənubuna doğru hərəkət edir, şəhər və yerli biznes obyektlərinin dağıntılarını çəkib yayırlar", - məlumatda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31