Tusk: “Aİ Polşaya eynicinsli nikahların tanınmasını diktə edə bilməz"- ÖZƏL
16:43 DünyaPolşanın Baş naziri Donald Tusk Avropa İttifaqının ölkəyə eynicinsli nikahların tanınması ilə bağlı qərarı məcburi şəkildə qəbul etdirə bilməyəcəyini bildirib.
Olaylar.az xəbər verir ki, Tusk bu barədə Nazirlər Kabinetinin iclasından əvvəl keçirilən brifinqdə danışıb. Onun sözlərinə görə, Aİ Məhkəməsinin digər üzv ölkələrdə bağlanan eynicinsli nikahların Polşa tərəfindən tanınması ilə bağlı qərarı ölkəyə "zorla qəbul etdirilə bilməz".
"Hamını arxayın etmək istəyirəm - Avropa İttifaqı bu məsələ ilə bağlı bizə nəyisə diktə edə bilməz", -deyə Tusk hökumət kanselariyasının sosial şəbəkələrdə canlı yayımlanan çıxışında bildirib. Baş nazir əlavə edib ki, hökumət hazırda parlament çoxluğunu qane edəcək kompromis hüquqi həllər üzərində çalışır.
Qeyd edək ki, Aİ Məhkəməsi 25 noyabr tarixində iki polşalının müraciəti əsasında qərar çıxararaq, Polşanın digər Aİ ölkələrində rəsmiləşdirilmiş eynicinsli nikahları tanımalı olduğunu bildirmişdi. Hazırda Polşa qanunvericiliyi eynicinsli ittifaqları tanımır və ölkənin konstitusiyasında nikah qadın və kişinin birliyi kimi müəyyən edilir.