Ukrayna 5 milyard dollarlıq silah alacaq - Rutte

Ukrayna ilin sonuna qədər PURL proqramı çərçivəsində 5 milyard dollar dəyərində silah alacaq.

Olaylar.az xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.

"Avropa ölkələri son illərdə əhəmiyyətli töhfələr veriblər, lakin yalnız ABŞ-ın təmin edə biləcəyi müəyyən imkanlar var", - Rutte bildirib.

Onun sözlərinə görə, Ukrayna artıq hər ay 1 milyard dollarlıq silah alır. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31