The Christian Post: Ermənistan hökuməti və kilsə arasında gərginlik dərinləşir – ÖZƏL

Olaylar.az xəbər verir ki, The Christian Post yazır ki, Ermənistan hazırda milli təhlükəsizliyinə və dövlətçiliyinə təhlükə yaradan daxili siyasi qarşıdurmalarla üz-üzədir. Nəşrin iddiasına görə, Baş nazir Nikol Paşinyanın hökuməti daxili qütbləşməni daha da artıran siyasət yürüdür və bu, siyasi fikir ayrılıqlarını "mövcudluq böhranına" çevirir.

Məqalədə qeyd olunur ki, ən ciddi gərginlik hökumətlə Ermənistan Apostol Kilsəsi arasında yaşanır. Nəşr iddia edir ki, Paşinyan hakimiyyəti kilsə rəhbərlərini hədəfə alan "ictimai təzyiq və kampaniya" aparır. Rəsmi İrəvan bu addımları korrupsiyaya qarşı mübarizə kimi təqdim etsə də, bir çox erməni bunu siyasi motivli təzyiqlər kimi qiymətləndirir.

Kilsənin hökumətin Qarabağ siyasətini və sərhəd danışıqlarını tənqid etməsi gərginliyi daha da artırıb. Arxiyepiskop Baqrat Qalstanyan bu il baş nazirin istefası tələbi ilə keçirilən kütləvi etirazların simasına çevrilmişdi. Onun etiraz yürüşü Tavuşdan İrəvana qədər davam etmiş və hökumətin sərhəd kəndlərini Azərbaycana təhvil vermək qərarına etiraz olaraq təşkil olunmuşdu.

The Christian Post həmçinin iddia edir ki, Qarabağda Azərbaycan tərəfindən "erməni dini irsinin silinməsi" ilə bağlı narahatlıqlar kilsə üçün digər mübahisəli məqam olaraq qalır.(?)

Nəşr vurğulayır ki, ilk xristian dövləti olan Ermənistan üçün kilsə ölkə kimliyinin əsas sütunudur və bu sahədəki gərginlik Ermənistan cəmiyyətində parçalanmanı daha da dərinləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31