"Gecəyarısı çəkic": ABŞ İrana hücumun detallarını açıqladı
13:20 DünyaF-35 qırıcıları "Gecəyarısı çəkic" əməliyyatı zamanı İran hava məkanına yüzlərlə kilometr daxil olub, hava müdafiəsini məhv edib və İran səmasını tərk edən sonuncu təyyarələr olublar.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə hücumda F-35 qırıcı təyyarələrinin rolu ilə bağlı yaydığı yeni məlumatda bildirilib.
Qeyd olunub ki, "Gecəyarısı çəkic" əməliyyatı zamanı İran hava hücumundan müdafiə sistemləri tərəfindən ABŞ təyyarələrinə atəş açılmayıb.
ABŞ 34-cü eskadrilyasının komandiri Aaron Osbornun sözlərinə görə, F-35-lər İranın nüvə obyektlərinə 13,6 tonluq bunker bombaları atan yeddi ədəd B-2 bombardmançı təyyarəsini müşayiət edib.
O, həmçinin əməliyyat zamanı İranın bir neçə yer-hava raket qurğusuna qarşı yüksək effektiv silahlardan da istifadə edildiyini söyləyib.
Qeyd edək ki, bu ilin iyununda ABŞ Hərbi Hava Qüvvələri İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən strateji nüvə obyektlərinə hücum etmişdi. (Axar)