Myanma BRİKS ilə əməkdaşlığını genişləndirməyə çalışır- ÖZƏL

Myanma hakimiyyəti BRİKS ölkələri ilə əməkdaşlıq imkanlarını artırmaq niyyətindədir. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin icraçı prezidenti Min Aun Hlayn Belarusiyanın "Birinci informasiya" telekanalına verdiyi müsahibədə bildirib.
"Biz sadəcə ölkəmizin BRİKS ilə əməkdaşlığını genişləndirməliyik. Əgər BRIKS-in üzv ölkələrinə baxsaq, orada müxtəlif dinlərə, etnik xüsusiyyətlərə və siyasi sistemlərə malik dövlətləri görmək olar. Lakin bütün fərqliliklərə baxmayaraq, onlar ortaq məqsədlər uğrunda əməkdaşlıq edirlər",- deyə Min Aun Hlayn qeyd edib.
Qeyd olunur ki, Myanma Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq tərəfdaşıdır və BRİKS-ə üzv olmaqla maraqlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31