Eçmiədzin Yepiskop Yığıncağı Paşinyanla liturgiyada iştirak edən ruhanilərə qarşı sərt qərar verib – ÖZƏL
12:26 DünyaOlaylar.az xəbər verir ki, "Hraparak" qəzeti yazır ki, Eçmiədzin Müqəddəs Ana Taxt-tacında keçirilən son Yepiskop Yığıncağında Kilsə ətrafındakı vəziyyət və gələcək planlar müzakirə edilib.
Qəzetin məlumatına görə, yığıncaqda Nikol Paşinyanla birlikdə liturgiyada iştirak edən, xidmət zamanı Katolikosla bağlı hissənin qulaqardına vurulmasına (yəni, iqnor edilməsinə) icazə verən Vayotsdzor və Masiatsotn yeparxiyalarının başçıları da iştirak ediblər.
Yığıncaqdan sonra məlum olub ki, Erməni Apostol Kilsəsinin (EAK) elitasının mövqeyi kifayət qədər sərt olub:
Kompromislərə getməmək və liturgiyaların keçirilmə qaydasını pozanları bağışlamamaq qərara alınıb.
Bu cür pozuntulara yol verən ruhanilər və liturgiyalarda iştirak edən yeparxiya başçıları tövbə etməkdən imtina etsələr, rütbədən məhrum ediləcəklər.
Nəşr qeyd edir ki, qaydanı pozan ruhanilər utanıblar, çünki bu hərəkətlə (1) böyük ictimai qınağa məruz qalıblar və (2) EAK elitasının güzəştə getməyəcəyini anlayıblar. Kilsə, güzəştə getməyin "Kilsənin dağılması və Katolikosun istefası" demək olduğunu düşünür.