ABŞ ordusunun naziri Kiyevdə: "Ukrayna uduzur, sülh razılaşması qəbul edilməlidir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, NBC News-un məlumatına görə, ABŞ Ordusunun naziri Den Driskoll ötən həftə Kiyevdə Ukraynalı rəsmilərlə görüşərkən müharibə vəziyyəti ilə bağlı kəskin qiymətləndirmə verib.
Mənbələr bildirir ki, Driskoll ukraynalı həmkarlarına onların cəbhədə çətin vəziyyətlə üzləşdiyini və Rusiyaya qaçılmaz məğlubiyyət gözlədiyini söyləyib.
Nazir, Rusiyanın hava hücumlarının miqyasını artırdığını və sonsuza qədər döyüşməyə qadir olduğunu bildirərək, "Vəziyyət yalnız pisləşəcək. İndi razılaşmaq gələcəkdə daha zəif mövqeyə düşməkdən yaxşıdır," - deyə qeyd edib.

ABŞ nümayəndə heyəti, həmçinin Amerikanın müdafiə sənayesinin Ukraynanın ehtiyac duyduğu həcmdə silah tədarükünü davam etdirə bilməyəcəyini vurğulayıb.

Qeyd olunur ki, Driskollun bu görüşü Tramp administrasiyasındakı bəzi rəsmilərin Ukraynaya təzyiq göstərmək səylərinin bir hissəsi idi. Lakin Ukrayna Kiyev üçün ağrılı güzəştlər tələb edən və Rusiyanın maksimalist tələblərini ehtiva edən sülh planını nəzakətlə rədd edib.

Xəbərdə vurğulanır ki, Tramp administrasiyasında müharibənin necə bitirilməsi ilə bağlı köklü fikir ayrılığı mövcuddur. Bu fikir ayrılığı 2028-ci il prezident seçkilərinə hazırlaşan vitse-prezident C.D. Vens (Ukraynanı əsas maneə hesab edir) və Dövlət katibi Marko Rubio (Rusiyanı günahkar hesab edir) arasındakı siyasi rəqabətlə əlaqələndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31