Medvedçuk: Avropa ABŞ-la müttəfiqliyini şübhə altına alıb- ÖZƏL

Avropa siyasətçiləri ABŞ-la olan müttəfiqliyini şübhə altına alaraq, Ukraynadakı sülh planını kəskin tənqid ediblər. Olaylar.az xəbər verir ki, bu fikirləri "Başqa Ukrayna" hərəkatının rəhbəri, ölkədə qadağan olunmuş "Müxalif Platforma- Həyat Üçün" partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib. Medvedçuk öz müəllif yazısında qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın 28 maddəlik sülh planının Avropa tərəfindən dəstəklənməyəcəyi əvvəlcədən gözlənilirdi. Sənədin əsas məqamları mediada yayılandan sonra isə Avropada antiamerikan histeriyası başlayıb.
O bildirib ki, Böyük Britaniya, Fransa və Almaniyadan olan 47 Avropa deputatı Trampa açıq məktub yazaraq Rusiyaya güzəştə getmək cəhdlərini qınayıb. Məktubda Rusiyanın "yumşaldılması" və Ukraynaya təzyiq göstərilməsinin "əxlaqa zidd" olduğu vurğulanıb. Deputatlar həmçinin yazıblar ki, "təhlükə altında olan Amerika artıq böyük ola bilməz; təhlükə altında olan Amerika birinci ola bilməz".
Medvedçuk bildirib ki, məktubda amerikalılar "təhlükə altında", "əxlaqsız" və zəif göstərilir, Avropa siyasətçiləri isə ABŞ-ın rəhbərliyinə göstəriş verməyə cəsarət ediblər. O, keçmiş Avropa diplomatiyasının rəhbəri Cozepp Borrelin sözlərini xatırladaraq qeyd edib ki, "28 maddəlik plan ortaya çıxdıqdan sonra Trampın ABŞ-ı artıq Avropanın müttəfiqi sayılmır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31