Uşakovdan ABŞ-la əlaqələr barədə SENSASİON AÇIQLAMA
11:04 DünyaRusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla müntəzəm olaraq ünsiyyət qurur, lakin bu söhbətlərin detalları barədə açıqlama vermək niyyətində deyil.
Olaylar.az xəbər verir ki, bu barədə o, Pavel Zarubinə müsahibəsində deyib.
O, bu açıqlamanı ABŞ və Rusiya nümayəndələrinin telefon danışıqlarının mətbuatda yayımlanması ilə bağlı suallara cavab olaraq verib.
"Uitkoffla tez-tez danışırıq. Amma məzmununu şərh etmirəm", - Uşakov bildirib.
Uşakov qeyd edib ki, ABŞ mediasının bu müzakirələrə marağı onu təəccübləndirir. "Dmitrievlə bağlı Amerikada niyə belə maraq yaranıb? Mən hər kəslə telefonla danışa bilərəm", - deyə o əlavə edib.
Rusiya Prezidentinin köməkçisi həmçinin bildirib ki, medianın Rusiya və ABŞ nümayəndələrinin mümkün telefon danışıq məlumatlarını haradan əldə etdiyi məlum deyil:"Kimsə sızdırır, kimsə dinləyir".
O, bu cür yayımların əsas məqsədinin Moskva və Vaşinqton arasında əlaqələrin bərpasına mane olmaq olduğunu vurğulayıb.
Uşakov əlavə edib ki, çətinliklərə baxmayaraq, Rusiya-Amerika münasibətləri, o cümlədən müntəzəm telefon danışıqları vasitəsilə tədricən yaxşılaşır. (Musavat.com)