Ermənistanda Lidiya Mantaşyanla bağlı sərt qərar- şəxsi qəzəb iddiaları gündəmdədir- ÖZƏL
10:08 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanda "Müqəddəs Mübarizə" işi üzrə yeganə qadın həbsdə olan şəxs - Lidiya Mantaşyan barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməməsi siyasi və ictimai dairələrdə geniş müzakirə olunmağa davam edir. İş üzrə keçən bir çox kişilərə həbs-qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı və ya inzibati nəzarət tətbiq edildiyi halda, Mantaşyanla bağlı qərarın dəyişdirilməməsi suallar doğurur. Mövzunu yaxından izləyənlər bildirir ki, Lidiya Mantaşyanın sərbəst buraxılmamasının arxasında bir neçə ehtimal mövcuddur. "Vətəndaş Müqaviləsi" partiyasının kuluarlarında dolaşan versiyalardan birinə görə, Lidiya bu ilin yazında baş verən məlum insident zamanı, "Müqəddəs Mübarizə" aktivistlərinin Baş nazir Nikol Paşinyana etimadsızlıq məsələsini gündəmə gətirdiyi vaxt, mərhum Vaagn Aleksanyanın anası ilə qarşıdurma yaşamış ola bilər.
Lakin ictimaiyyətin böyük qismi başqa ehtimala daha çox inanır: İddialara görə, Paşinyan Lidiya Mantaşyanı onun ötən ilin oktyabrında Baş Prokurorluq binası qarşısında keçirilən səs-küylü aksiyadakı roluna görə cəzalandırır. Həmin aksiyada Paşinyanı əks etdirən və məhkəmə məsuliyyətinə cəlb olunmasını simvolizə edən "həbsxana formasında çuçe" nümayiş etdirilmişdi. Polis əməkdaşları çuçeyi götürmək istəyəndə isə Lidiya buna qəti şəkildə mane olmuşdu.
Hazırda Lidiya Mantaşyanla bağlı sərt mövqenin səbəbi açıq şəkildə açıqlanmasa da, siyasi motivli şəxsi qisas iddiaları gündəmdə qalmaqda davam edir.