“Bin Salmanın İran–ABŞ arasında vasitəçiliyi tamamilə yalandır” – ÖZƏL
09:54 DünyaOlaylar.az xəbər verir ki, Mehr agentliyinə danışan etibarlı mənbələr Bin Salmanın Tehran və Vaşinqton arasında vasitəçilik missiyasını yerinə yetirdiyi barədə yayılan məlumatları qəti şəkildə təkzib ediblər.
Bəzi Qərb KİV-ləri iddia edirdi ki, Bin Salmanın Ağ Evə səfərindən sonra Səudiyyə Ərəbistanı rəsmiləri Trampın birbaşa razılığı ilə İran rəsmiləri ilə təmasda olduqlarını bildiriblər. Həmin məlumatlara görə, yaxın vaxtlarda İran və Səudiyyə nümayəndələri arasında razılaşma əldə olunub və bunun ardınca ABŞ və İran nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanının iştirakı ilə məsləhətləşmələr aparılıb.
Lakin Mehr-ə danışan mənbələr bütün bu iddiaların həqiqətə uyğun olmadığını vurğulayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31