Tramp Uitkoffun ruslarla telefon danışığına belə reaksiya verdi

ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun Bloomberg tərəfindən yayılan və rusiyalılarla  Amerika liderini necə razı salmaq, onu necə cəlb etmək barədə məsləhət verdiyi telefon danışığına reaksiya verib.

Musavat.com xəbər verir ki, o, Floridaya uçarkən təyyarəsində jurnalistlərə deyib ki, bunda qeyri-adi bir şey yoxdur: "Çünki o, bunu Ukraynaya "satmalıdır". O, Ukraynanı Rusiyaya "satmalıdır". Sövdələşmə aparan belə işləyir. "Baxın, onlar bunu istəyirlər" deməlisiniz. Bu, standart danışıqlar formasıdır. Onları buna inandırmalısınız".

O, həmçinin əlavə edib ki, sızdırılmış səsi eşitməyib, lakin Uitkoffun eyni şeyi Ukraynaya da deyə biləcəyini düşünür: "Mən bunu eşitmədim, amma eşitdim ki, bunlar standart danışıqlardır. Və onun Ukraynaya da eyni şeyi dediyini təsəvvür edə bilərəm, çünki hər iki tərəf bir şeydən imtina etməli və bir şey əldə etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31