Gürcü deputat: “İmmiqrantların göndərdiyi 3,3 milyard dollar büdcəyə daxil olmur” – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcü Arzusu" partiyasının deputatı David Matikaşvili xaricdəki seçki məntəqələrinin bağlanmasını nəzərdə tutan yeni "Seçki Məcəlləsi" layihəsinə yönələn tənqidlərə cavab verib. O bildirib ki, Gürcüstan immiqrantlarının ölkəyə göndərdiyi vəsait çox böyük olsa da, bu pullar dövlət büdcəsinə deyil, birbaşa ailələrə çatır.

Deputatın sözlərinə görə, 2024-cü ildə Gürcüstan immiqrantları ölkəyə 3 milyard 300 milyon ABŞ dolları göndərib.
"Bu, çox böyük və vacib vəsaitdir. Ailələr bu vəsaitə görə minnətdardır, lakin başa düşməliyik ki, bu pullar büdcəyə daxil olmur - konkret ailələrə çatır. Biz həmin insanların zəhmətini qiymətləndiririk, lakin cəmiyyəti aldatmamalıyıq - söhbət 11 milyarddan yox, 3,3 milyard dollardan gedir", - deyə Matikaşvili vurğulayıb.

Gürcüstan Parlamenti hazırda "Seçki Məcəlləsi"nin yeni redaksiyasını birinci oxunuşda müzakirə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31