Britaniya ordusunun icmalı: Boris Conson 2022-ci ildə Rusiya-Ukrayna sülhünü əngəlləyib- ÖZƏL 

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2022-ci ilin yazında Rusiya və Ukrayna arasında mümkün sülh razılaşmasının əldə olunmamasında əsas fiqurlardan biri kimi göstərilir. Olaylar.az xəbər verir ki, bu barədə "The British Army Review" jurnalının son sayında dərc olunan, TASS-ın əldə etdiyi hərbi tarixçi Aleksandr Hillin məqaləsində bildirilir. Məqalədə vurğulanır ki, Conson "2022-ci ilin yazında Rusiya və Ukrayna arasında hər hansı sülh sazişinin imzalanmasının qarşısının alınmasında mühüm rol oynamış şəxs kimi geniş qəbul olunur".
Hərbi tarixçi qeyd edir ki, Rusiyada Londondakı həmin dövrün siyasi mövqeyi çaşqınlıqla qarşılanır və NATO-nun Yuqoslaviya və Liviyadakı əməliyyatları fonunda "ikiüzlü" addım kimi qiymətləndirilir. Hillin fikrincə, o vaxtkı Britaniya siyasəti həmçinin ölkənin uzunmüddətli maraqlarına - xüsusilə də Rusiya bazarlarına və enerji resurslarına çıxış məsələlərinə zidd olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31