ABŞ-ın sülh planından Rusiyaya dair hansı maddələr çıxarılıb?

ABŞ-ın Rusiya ilə münaqişənin həlli üçün hazırladığı yenilənmiş sülh planından ABŞ-Rusiya münasibətlərinə aid maddələr və Ukraynaya aid olmayan digər bəndlər çıxarılıb.

AFN.az xəbər verir ki, bu barədə Cenevrədəki danışıqlarda iştirak edən Ukrayna prezident ofisinin müşaviri Aleksandr Bevz RBK agentliyinə açıqlama verib.

Bevz qeyd edib ki, sənəd dəyişməyə davam edəcək. "Plan Ukraynaya aid olmayan maddələrin çıxarılması, təkrarlanan məlumatların aradan qaldırılması və redaktə üçün qısaldılıb" - deyən müşavir sənədin 28 bənddən 19-a endirilidiyi barədə məlumatları təkzib edib.

Bevz həmçinin bildirib ki, ilkin plan faktiki olaraq artıq mövcud deyil: bəzı maddələr çıxarılıb, bəziləri dəyişdirilib və Ukrayna tərəfinin iradələrinə cavab verilməyən heç bir bənd qalmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31