35 milyon insanla bağlı fəlakət proqnozu – Tarix açıqlandı
26 Noyabr 2025 05:13 DünyaBirləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Nigeriyanın şimalının gələn il Afrikada ərzaq təhlükəsizliyinin ən pis səviyyəsini yaşayacağını proqnozlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə "Africa24" məlumat yayıb.
Qeyd olunur ki, 35 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşəcək.
ÜƏP-in dərc etdiyi hesabata görə, 2026-cı ilə qədər Nigeriyada 35 milyon insanın kəskin aclıqdan əziyyət çəkəcəyi proqnozlaşdırılır.
Hesabatda deyilir ki, Şimali Nigeriya son on ildə ən ağır aclıq böhranını yaşayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31