Rusiyada matəm elan edildi
05:08 DünyaRostov vilayətinin Neklinovski rayonunda noyabrın 26-ı matəm günü elan edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə rayon rəhbəri Vasili Danilenko Teleqramda məlumat yayıb.
"Bütün müəssisələrdə dövlət bayraqları yarıya qədər endiriləcək, əyləncə tədbirləri ləğv ediləcək", - o yazıb.
Qeyd olunub ki, bu qərar Ukrayna Silahlı Qüvvələrinin (UAF) hücumu ilə bağlı qəbul edilib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin noyabrın 25-də Rusiyaya hücumu nəticəsində 3 nəfər ölüb, daha 9 nəfər yaralanıb. Onlarla fərdi evə ziyan dəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31