Türkiyədə məhkəmə binasında güclü partlayış, yaralananlar var – VİDEO
21:17 DünyaTürkiyədə Şanlıurfa Məhkəməsində partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, partlayışdan sonra yanğın qeydə alınıb.
Qubernator Həsən Şildak Anadolu Agentliyinə bildirib ki, hadisə hərtərəfli araşdırılır.
"Məhkəmə binasında baş verən partlayış və yanğın nəzarət altına alınıb. Hadisə nəticəsində bir nəfər yaralanıb. Yanğını söndürməyə davam edirik", - Şildak deyib.
O, əlavə edib ki, zərərçəkən ayağından xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Bu arada, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib ki, partlayış məhkəmə arxivində baş verib və məhkəmə katibi yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31