BMT rəsmisi: Gürcüstan hökuməti hüquq müdafiəçiləri ilə bağlı sorğumuza cavab verməyib – ÖZƏL
10:02 DünyaBMT-nin hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Meri Loulor Gürcüstan hökumətinin insan hüquqları müdafiəçilərinə qarşı irəli sürülən inzibati ittihamlarla bağlı sorğusuna cavab vermədiyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, Loulor bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb:
"Artıq bu məlumat rəsmən açıqlanıb: mən Gürcüstan hökumətinə hüquq müdafiəçilərinə, o cümlədən Baya Patarayaya qarşı irəli sürülən inzibati ittihamlarla, eləcə də vətəndaş cəmiyyəti təşkilatlarının hüquqi və inzibati təzyiqlərə məruz qalması ilə bağlı məktub ünvanlamışdım. Təəssüf ki, hökumət buna cavab vermədi".
Xüsusi məruzəçi həmçinin 2025-ci il iyulun 24-də Gürcüstan hökumətinə göndərilmiş və indiyədək məxfi saxlanılan məktubu da ictimaiyyətlə bölüşüb. BMT rəsmisinin saytında qeyd olunur ki, sənəd hökumətə cavab vermək imkanı yaratmaq məqsədilə 60 gün ərzində məxfi saxlanılıb, lakin müəyyən olunmuş müddətdə rəsmi Tbilisidən heç bir reaksiya gəlməyib.