Mərkəzi Asiya ölkələri diplomların qarşılıqlı tanınması barədə razılığa gəliblər – ÖZƏL
09:16 DünyaQazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan ali təhsil diplomlarının qarşılıqlı tanınması barədə razılıq əldə ediblər. Olaylar.az xəbər verir ki, bu barədə "ArbatMedia" məlumat yayıb.
"Azattyk" radiosunun məlumatına görə, tərəflər arasında imzalanmış sazişə əsasən, bu beş ölkədən hər hansı birində fəaliyyət göstərən akkreditə olunmuş universitetlərin verdiyi ali təhsil diplomları müqavilə iştirakçısı olan bütün ölkələrin ərazisində rəsmi şəkildə tanınacaq.
Qeyd olunur ki, bu qərar yalnız öz ölkəsinin qanunvericiliyinə uyğun fəaliyyət göstərən və dövlət akkreditasiyasına malik təhsil müəssisələrinə şamil edilir.
Bununla yanaşı, sənəddə xüsusi bir şərt də yer alıb. Belə ki, əgər təhsil standartlarında və ya tədris proqramlarının məzmununda əhəmiyyətli fərqlər aşkar edilərsə, hər bir ölkə diplomu tanımaqdan imtina etmək hüququnu özündə saxlayır.