Gürcüstan Aİ-ni insan hüquqları müzakirələrini pozmaqda ittiham edir
20:44 DünyaAvropa İttifaqı (Aİ) Gürcüstanla insan hüquqlarının qorunması məsələləri üzrə danışıqları pozub.
Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.
Bildirilib ki, danışıqlar 21 noyabrda Brüsseldə keçirilməli idi. Gürcüstan tərəfi görüşü dialoq imkanı kimi qiymətləndirirdi və Aİ-yə hərtərəfli məlumat təqdim etməyə hazır idi. Lakin Brüssel danışıqları "tamamilə qəbuledilməz və əsassız" səbəblərlə təxirə salıb.
"Brüssel Gürcüstanın arqumentlərini, o cümlədən siyasi dialoqun dayandırılmasına səbəb olan məsələlərlə bağlı mövqeyini dinləməyə hazır deyil", - deyə XİN bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31